Dünən Türkiyənin Antalya şəhərində 9 qat dünya çempionu, Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayevi bıçaqlayan şəxslər saxlanılıblar.
Kanal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Musayevə hücum edənlərin hər ikisi Azərbaycan vətəndaşıdır.
Onlardan biri dünya çempionunu qəfil yumruqla vurub, digəri isə qarın nahiyəsindən 2 dəfə bıçaqlayıb.
Hadisədən dərhal sonra onlar taksi ilə Antalya hava limanına yollanıblar. Həmin şəxs hava limanında polislər tərəfindən saxlanılıb.
Ciddi zədə alan A.Musayev öncə Kəmər Dövlət Xəstəxanasına aparılıb. Az sonra Antalya şəhər xəstəxanasına köçürülən federasiya prezidenti əməliyyat olunub.
Qeyd edək ki, A.Musayev Beynəlxalq Muay Tay Federasiyasının Antalyada təşkil etdiyi dünya çempionatına qatılan 14 nəfərlik Azərbaycan nümayəndə heyətinə rəhbərlik edirmiş. /offsdieplus