Araşdırma: İntim əlaqə olmayanda, orqanizm və bədəndə nələr baş verir? – Kişi və qadınlar üçün

  • Maraqlı
  • 16 May 2025
682ee06235879202505252922


Erkən boşalma və erektil  disfunksiya müntəzəm və keyfiyyətli intim münasibətin olmamasından qaynaqlana bilir.

LİBİD AZALIR

Doktor Honikman qeyd edir ki, uzun müddət intim əlaqədən uzaq duran insanlarda orqanizm bu hala öyrəşir və libidi azaldır. 

PROSTAT XƏRÇƏNGİ RİSKİ ARTIR

Prostat xərçəngi pasiyentləri üzərində aparılmış araşdırma göstərib ki, uzun müddət seksdə fasilə kişilərdə prostatit və xərçəngə yoluxmaq riskini 35% artırır. 

İNSANIN ÖZÜNƏ GÜVƏNİ  İTİR

Seksdən uzaq olan insan özünü az cəlbedici hesab edir, işdə, şəxsi həyatda özünə güvənmir. Hesab olunur ki, sperm təbiətən antidepressantdır. Onun çatışmazlığı əhval pozğunluğu, depressiya yaradır. Bu intim münasibətdə qoruyuculardan istifadə edənlərə də aiddir. 

QADINLARDA VAGİNA ZƏİFLƏYİR, GİNEKOLOJİ  XƏSTƏLİKLƏR ÇOXALIR


Seks qadınlar üçün Keqel əzələsinin məşqi deməkdir. Uzun müddət əlaqəsiz qalmaq, aşağı çanaq orqanlarında qan durğunluğuna, adneksit və mastopatiya kimi xəstəliklərə yol açır. 

HORMONAL DİSBALANS 

Həm kişi, həm də qadınlarda demək olar bütün orqanların işini pozan hormonal disbalans baş verir. Qadınlarda kişi hormonlarının sayı artır, qadın tez qocalır. Kişilərdə isə əksinə kişi hormonları azalır, onlarda tüksüzləşmə, kökəlmə,  bədənin piylənməsi başlayır. Seks yoxdursa, vaxtından əvvəl qocalmaya hazır olun. 

Intim münasibəti olmayan kişilərdə kişi hormonlarının həddən artıq aktişləşməsi səbəbindən aqressiya baş qaldırır, beynində təşvişli fikirlər çoxalır. Yuxu pozulur, xroniki ağrılar baş qaldırır, içkiyə meyl yaranır. 

Oxşar xəbərlər