Aqil Abbas könüllülərə veteranlıq statusu verilməməsinə etiraz etdi
Gündəm
02.04.2021 18:07
163

Aqil Abbas könüllülərə veteranlıq statusu verilməməsinə etiraz etdi

Loading...

Milli Məclisin iclasında deputat Aqil Abbas Vətən müharibəsində könüllü iştirak edənlərə veteranlıq status verilməməsi ilə bağlı məsələyə toxunub.


Kanal.az oxu.az-a istinadən xeber verir: deputat deyib ki, könüllülərin əlində hərbi biletlərinin nömrəsi, harada döyüşdükləri barədə məlumat var.

“Ancaq onlara deyirlər ki, könüllü gəlmisən. “Bəs onda bizi niyə müharibəyə çağırmısınız” deyə cavab verirlər. İndi də onlara veteranlıq vermirlər. Məsələ 80 manatda deyil. Onlar bildirir ki, müharibədə iştirak etdiklərini uşaqlarına da başa salmaq istəyirlər”, - deyə A.Abbas əlavə edib.

veteranliq statusu
konulluler
konullu esger
Loading...
close
close