Aparıcı Vüsalə Əlizadə yenidən efirə qayıdıb.
Kanal.az xəbər verir ki, o, bir müddətdir səhhətində yaranan problemlərə görə televiziyadan uzaqlaşmışdı.
“Hər kəs bilir ki, böyrək köçürülməsi əməliyyatı keçirtmişəm. Ona görə də illərdir ki, dərmanlarla yaşayıram. Həkim analizlərimin nəticələrinə baxıb məni təcili Türkiyəyə çağırdı. Ona görə də getməli oldum. Hər şey haqqında ətraflı danışacam”.
Qeyd edək ki, onun yerinə "İncə səhər" verilişinə Mətanət Əliverdiyeva aparıcılıq edirdi.(yenisabah)