Antiterror əməliyyatı: Azərbaycan Xankəndini neçə saata götürə bilər?

  • Şərh
  • 24 Noyabr 2022
637fc72724ed0202211223359
  • Oxunub: 406

Əgər Azərbaycan rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə apara biləcəyi əməliyyatları tam məntiqi sonluğuna çatdırmaq istəsə, bunun üçün Azərbaycan ordusuna təxminən itkiləri minimallaşdırmaq şərtilə 2 həftəyə yaxın bir zaman bəs edə bilər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.

Hərbi ekspert son günlər Ermənistan tərəfinin ipə-sapa yatmayan siyasəti nəticəsində Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə başlaya biləcəyi antiterror əməliyyatlarından söz açıb.

Ə. Vəliyev hesab edir ki, bu tip münaqişələrin birmənalı həll resepti olmadığı üçün bu, mərhələləri şəkildə həyata keçiriləcək:

“Onsuz da Qarabağda yaşayan ermənilərin sayı kifayət qədər azdır və bu qədər böyük bir ərazinin rusların nəzarət etməsində də problemlər var. Həmçinin, Qarabağ ərazilərindən atəşin intensivləşməsi də rus sülhməramlılarının əraziyə tam nəzarət edə bilməməsi və ya bilərəkdən bu proseslərə göz yumması ilə əlaqələndirilir”.

Hərbi analitikin sözlərinə görə, rəsmi Bakı üçün səbəblər vacib deyil:

“Vacib olan nəticədir və nəticə də ondan ibarətdir ki, sülhməramlılar öz funksiyalarını tam yerinə yetirə bilmirlər. Buna görə də onların məsuliyyət zonası mütləq şəkildə daraldılmalıdır. Çünki məhz kənar qüvvələrin oraya daxil etməsi, habelə Rusiyadan bölgəyə Ruben Vardanyan adlı bir milyarderin göndərilməsi, onun Xankəndi və ətraf ərazilərdə Azərbaycan əleyhinə mitinqlər təşkil etməsi, eləcə də ətraf rayonlardan erməni əhalinin Xankəndiyə daşınması son nəticədə Azərbaycan ərazilərinin təkrar kənar əhali ilə məskunlaşdırılmasına gətirib çıxarır.

“Odur ki, Azərbaycan bu proseslərin qarşısını almaq üçün antiterror, cəzalandırma, çəkindirmə, yaxud da daha əvvəl başladığı qisas əməliyyatının növbəti – tükəndirmə mərhələsini həyata keçirə bilər. Bunun üçün də artıq real şərtlər yetişib.

Ekspert əlavə edib ki, əməliyyatların başlama mexanizmini ölkə rəhbərliyindən başqa kimsə dəqiq bilə bilməz:

“Lakin bu, bizdən asılı olan bir şey deyil. Bu, daha çox bölgədəki qanunsuz erməni silahlılarının davranışından və Rusiya sülhməramlılarının prosesləri idarəetməsindən asılıdır. Əgər onlar yenə də Fərruxda olduğu kimi, düşmənin dəfələrlə atəşkəsi pozmasına qarşı heç bir tədbir görməyəcəksə, Azərbaycan bu tədbiri öz qüvvə və imkanları hesabına Sarıbaba, Qırxqız və Buzluqda olduğu kimi həyata keçirəcək”.

Oxşar xəbərlər