Anım Günündə tədbirində transgender müğənninin iştirakı qalmaqala səbəb oldu: Yarımçıq dayandırılıb - VİDEO

  • Manşet
  • 17 Oktyabr 2025
68f23bfac858c202510255210

Mirzə Ələkbər Sabir adına Bülbülə qəsəbə Mədəniyyət Evində Anım Günü tədbirinə transgender müğənni dəvət edilib.

Görüntülər sosial şəbəkələrdə yayılıb və azyaşlıların önündə ifa edən transgender müğənninin iştirakı ictimaiyyətin narazılığına səbəb olub.

Mədəniyyət Evində bədii rəhbər Etibar Nurməmmədov bildirib ki, tədbirə transgenderin dəvət olunmasından xəbərsiz olublar:

"Onu dəvət edən işçi müdirə məlumat vermədiyi üçün işdən çıxarılıb. Biz həmin adamı içəri girəndən sonra gördük. Transgender olduğunu biləndə çıxışı yarımçıq saxlanılıb".

Məsələ ilə bağlı Mədəniyyət Evinin açıqlamasında bildirilib ki, müəssisə fəaliyyətini gələcək tədbirlərin hazırlanması və icrası zamanı yaradıcılığın və bədii zövqün inkişafı, eləcə də mədəni mühitin zənginləşdirilməsi istiqamətində davam etdirəcək.

Ətraflı Baku TV-nin süjetində:


***

Mirzə Ələkbər Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evində Anım Günü ilə bağlı keçirilən tədbirə transgender müğənni dəvət olunub.

Kanal.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Azyaşlıların önündə ifa edən transgender ictimaiyyətin narazılığına səbəb olub.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb. (oxu.az)

Oxşar xəbərlər