Anasını öldürən oğlanın qardaşı danışdı: “Sən alnı açıq gəz deyə etdim”— VİDEO
Demokrat.az xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində baş verib. Ağır bıçaq xəsarətləri alan 49 yaşlı Aildə Kazımova hadisə yerində dünyasını dəyişib. İlkin araşdırma zamanı məlum olub ki, qadını övladı 19 yaşlı Şahin Əmrahov qətlə yetirib.
Məlumata görə ana ilə övladının arasında əvvəllərdə mübahisələr olub. Mərhumun digər oğlu Azər Əmrahov bildirib ki, qardaşı idmançı olub və onun anasını öldürə biləcəyini təsəvvür belə edə bilmir. Şahin Əmrahov anasını öldürəndən sonra atasının qəbrini ziyarət edib. Daha sonra isə qardaşının yanına gedərək anası qətlə yetirdiyini bildirib.
Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən Aildə Kazımavonın oğlu 2005-ci il təvəllüdlü Şahin Əmrahov polisə könüllü təslim olub. 19 yaşlı oğlun anasını öldürməsi ilə bağlı rayon prokurorluğundan bildirilib ki, hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Qeyd edək ki, qətlə yetirilən Alidə Kazımovanın 2 qızı, 2 oğlu olub. Şahin Əmrahov subay olub, o anası ilə birlikdə eyni evdə yaşayırmış. (Apa)
- Ölkə
- 09 Aprel 2024