63ddf6e365852202302231043

"Anasından, ərindən, arvadından qaçanlar şəhərə yığılıb" - Millət kəndinə qayıtmalıdır

İndi evi olmayıb evlənənlər yetim uşaq istehsal edirlər. Gedib xalası qızını, dayısı qızını alır və iki uşaq dünyaya gətirəndən sonra da atıb çıxıb gedir. Bununla uşaqlar da ortada qalır. Ailə-məişət məsələsi dövlət səviyyəsində nəzarətdə olmalıdır”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahudbəyov deyib. Şeyx Əbdül bu məsələlərdə öz fikirləri olduğunu bildirib və onları dilə gətirib:

“Əgər insanların konkret dolanışığı, güzəranı yoxdursa, 14 saat işləyib və onun da 200 manatını kirayə pulu verirsə, ailə qurub neyləyəcək ki? Üstəlik işıqpulu, qazpulu var. Təzə evlənəndə həvəsli olurlar, uşaq dünyaya gəlir, daha sonra əlavə problem yaranır və nəticədə də ayrılmalı olurlar. Geyimlərimizi dəyişmişik, saqqal saxlayırıq, döymə vururuq, yaxamızı, baldırımızı açıb dəyişiklik ediriksə, məişət məsələsində də dəyişiklik etməliyik. Dövlət səviyyəsində bu işlər nəzarətə götürülməlidir. Deputat deyirsə ki, “adamlar uşaqpulu almaq üçün dünyaya uşaq gətirirlər”. Əgər deputat belə düşünürsə, indi təsəvvür elə ki, millət ə gündədir. Bütün dünyada çalışırlar ki, genefondu artırsınlar. Amma bizimki deyir ki, uşaqpulu almaq üçün uşaq əkirlər. Hansı uşaqpulundan danışırlar ki? Uşaqpulu verən var? Bütün bunları məni narahat edən, düşündürən məsələlərdir. Çörəyi-çörəkçiyə vermək lazımdır. Dövlət orqanlarında milli ruhlu inslar işləməlidir. 

Artıq yetimxanalarda yer yoxdur. Evlənib boşananların doxsan faizi qohumlardır. Kəndə də, şəhərdə də ailə quranlara hər iki tərəfdən xeyir-dua verilməlidir. Ailələrdən, qohum-əqrəbadan dəstək gəlməlidir. Ağılla fikirləşmək lazımdır. Bakı şəhəri ciddi sürətdə ələnməli, daranmalıdır. Bütün anasından, ərindən, arvadından qaçanlar şəhərə yığılıb. Millət kəndinə, torpağına qayıtmalıdır. İcra başçıları rayonlarda nə işlə məşğuldur, bilmirəm”.