Anasına zəng edərək "Məni qaçırdılar, anbarda saxlayırlar" deyən qızdan xəbər var - Görüntülər
Türkiyədə anasına zəng edərək "Məni qaçırdılar, anbarda saxlayırlar" deyən qızdan xəbər var.
Kanal.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 17 yaşlı qız polis tərəfindən küçədə tapılıb.
Belə ki, gözəllik salonunda işləyən G.N.S. salonun qarşısında dayanan dövlət nömrə nişanı hələ müəyyən edilməmiş avtomobildə şübhəli və ya şübhəli şəxslər tərəfindən qaçırılıb.
Bir müddət sonra o, anasına zəng edərək "Məni indicə oğurlayıblar, anbarda saxlayırlar" deyərək kömək istəyib. Anası dərhal polisə məlumat verib.
Gənc qız polisə verdiyi ifadəsində 3 nəfərin onu qaçıraraq bir gecə anbarda saxladığını, səhər saatlarında onu küçədə qoyaraq qaçdıqlarını bildirib.
Qeyd edək ki, hadisə ötən gün saat 18:00 radələrində Didim rayonunda baş verib.
Məqaləyə dair fotomateriallar:- Dünya
- 15 Yanvar 2024