Anar Röyadan ayrılma səbəbini açıqladı: "Ailəm sənətçi ilə evlənməyimi..." - VİDEO

  • Şou biznes
  • 01 Dekabr 2025
692dbbaea1b03202512250046

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov qonaq olduğu verilişdə səsləndirdiyi fikirlərlə gündəm yaradıb.

Kanal.az xəbər verir ki, verilişdə iştirak edən hüquqşünas onların ailə həyatının dağılmasında Anarı günahlandırıb.

Anar Cəlilov isə ittihamlara cavab verərək, ailəsinin dağılma səbəbinin düşündüyü kimi olmadığını bildirib və özünü müdafiə edib:

"Bir-birimizi başa düşmədik. Əvvəl ailəm sənətçi ilə evlənməyimi qəbul etmirdi, sonra qəbul etmişdilər. Sadəcə, münasibətdə anlaşılmazlıqlar yarandı və ayrılmağa qərar verdik".

Anar Cəlilovun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər onun səmimiyyəti və Röya ilə münasibətinə dair açıqlamalarına müxtəlif reaksiyalar göstəriblər.

Oxşar xəbərlər