"Anamla atam, bacımla birlikdə bunu edirdilər" - 20 yaşlı narkoman qızın dəhşətli etirafları

  • Gündəm
  • 28 İyun 2025
685f6ea6168fe202506252510

Tanınmış aparıcı, videobloqer Nail Kəmərlininin bu dəfə təqdim etdiyi şəxs, narkomaniya asılılığında əziyyət çəkən, 20 yaşlı Ramilə olub.

Kanal.az Yenisabah.az-a istinadən xəbər verir ki, Ramilə 12 yaşından narkotikdən istifadə etdiyini və tanış olduğu oğlan vasitəsi ilə aludəçiyə çevrildiyini qeyd edib:

"12 yaşımdan istifadə etməyə başlamışam. Ailəmdə də narkotik istifadə edənlər var idi, amma mən bunu onlara baxıb, etməmişəm. Bir oğlanla tanış oldum, o məni öyrətdi. Birinci tabletka ilə başlamışdım, sonra, nəşə, kakos, patı... belə-belə davam etdi. Oğlanın 14 yaşı var idi. 

Anamla atam, bacımla birlikdə iynə vururdular. Atam rəhmətə gedəndən sonra anam başladı bunları açıq-aşkar mənim yanımda etməyə. Əvvəl etsələr belə, gizlin edirdilər, mən görmürdüm. Sonra başladılar mənim yanımda etməyə. Mənim də başım çöndü, məktəbə getməməyə başladım. Tanış olduğum oğlan da mənə siqaret çəkməyi, dərman atmağı, nəşəni filan öyrətdi. Əvvəllər ağrılarım yox idi. Sonra bir gün ağrılarım başladı, dərman da heç yerdən tapa bilmirdik. Sonra oğlanın dostu ona "kakos" təklif etdi, o da çəkdi və mənə də təklif etdi. Dedi ki, 1-2 tüstü vur, nə olduğunu başa düşəcəksən. O da mənim xoşuma gəldi. Beləcə başladım, ondan çəkməyə". 

Narkotik vasitələrin təsiri altına düşən şəxs yaşadığı dəhşətli həyat hekayəsini bölüşüb. O bildirib ki, hər şey bir dəfə "kakos" çəkməklə başlayıb:

"Bir dəfə ayıldım ki, məndən tər gedir. Elə bildim qripdir. Qusuram, tərləyirəm, qızdırıram. Uşaqlar mənə dedi ki, bir dənə "kakos" çək, özünə gələcəksən. Onu çəkən kimi özümə gəldim. O gündən bəridir belə bədbəxtəm. 

Anam üç il bundan öncə rəhmətə getdi. Ondan bəridir bacım baxır mənə. Əvvəl kirayə qalırdıq, indi çətindir. Bacım tək bacarmır deyə, küçədə qalırıq. Bacım ofisant işləyirdi, oradan da çıxdı. İndi oğurluq edir".

Oxşar xəbərlər