66635528a9f74202406244456

Anadangəlmə bəxtsiz olan bürclər - Siyahı

Bəzi insanlar başlarına gələn mənfi hadisələrlə mübarizə aparmaq məsələsində bacarıqlıdırlar. Amma bəziləri də gün ərzində başına gələn neqativ hadisələri tamamilə qismətsiz olması ilə əlaqələndirir. Ümumuilikdə çox şanssız olan bu insanlar özləri üçün qərar verə bilmək məsələsində də uğurlu deyillər.


Ölkə.Az "Posta" qəzetinə istinadla anadangəlmə bəxtsiz olan bürcləri təqdim edirik:Balıq


Balıqlar həyatındakı hər mənfilikdən şikayətlənir. Onların elə bir təxəyyülü var ki, ağılları istənilən dərəcədə saxta ssenarilər qura bilir.

Onların stresi çox vaxt bundan qaynaqlanır. Kiçik bir problem olsa belə, günəş sistemindəki bütün nöqtələri birləşdirir və heç bir səbəb olmadan dərin bəlalara düşə bilərlər.


Xərçəng

Xərçənglər son dərəcə həssasdırlar. Hər cür neqativ hallardan çox şikayətlənirlər. Elə davranırlar ki, sanki dünyaları tamamilə dağılıb. Bu, çox vaxt onların depressiyaya düşməsinə səbəb olur. Fürsətləri dəyərləndirməkdə müvəffəq olmurlar.


Dolça


Dolçalar çox düşünür və vaxtlarının çoxunu xırda şeylər üçün narahat olmaqla keçirirlər. Onlar lazımsız stresə düşürlər və bəzən anı yaşamağı unudurlar. O qədər də vacib olmayan şeylər üzərində çox çalışırlar. İşi tez başa vurmağı xoşlayırlar.


Qoç


Qoçlar stresin ustalarıdır. Bu iki söz bir-birinin sinonimidir. Onlar çox vaxt o qədər də vacib olmayan xırda şeylərdən narahat olurlar. Qoçlar çox qərarsız olduğu üçün bu xasiyyətləri onların narahatlığını artırır.Şir


Bu bürcün yüksək standartları var. Bəzi işlər yolunda getməsə "necə olacaq" deyə düşünürək çox stres olurlar. Həmçinin dəyişiklik etmək məsələsində o qədər də yaxşı deyillər və çox vaxt ağıllarını itirə və beyinlərində qorxunc ssenarilər qura bilərlər.