Toy gecəsi bəyin sərxoş halda evin yaxınlığında yuxuya getməsindən istifadə edən 18 yaşlı Chhoen Chanseng adlı şəxs gəlinin otağına girərək onu zorlayıb. Səhər yuxudan ayılan gəlin yanındakı şəxsin bəy olmadığını anlayaraq qışqırıb və ailə üzvləri dərhal polisə xəbər veriblər. Chanseng hadisə yerində çılpaq halda yaxalanıb və həbs olunub.
Kanal.az xarici media-ya istinadən xəbər verir ki, Chhoen Chanseng polisə verdiyi ifadədə gəlinə uzun müddətdir aşiq olduğunu, lakin ailəsinin maddi vəziyyətinin zəifliyi səbəbindən ona evlilik təklifi edə bilmədiyini bildirib. O, gəlinin otağına girərək özünü bəy kimi təqdim edib və bu yolla gecəni onunla keçirib .
Ən acınacaqlısı isə, bu hadisədən sonra bəyin ailəsinin gəlinə qarşı münasibətinin dəyişməsi olub. Onlar gəlinin artıq oğullarına uyğun olmadığını bildirərək onu qəbul etməyiblər və ödənilmiş cehizin geri qaytarılmasını tələb ediblər.
Hadisə Kamboca cəmiyyətində qadınların hüquqları və zorakılıqla bağlı mövcud problemləri bir daha gündəmə gətirib. Bu cür hadisələr qadınların cəmiyyətdəki mövqeyinin gücləndirilməsi və hüquqlarının qorunmasının vacibliyini göstərir deyə yazıda qeyd olunub.