
Akardan Yunanıstana SƏRT MESAJ: İcazə verməyəcəyik!
Yunanıstan Egey və Aralıq dənizlərində təxribat xarakterli hərəkətlərini inadla davam etdirir.
Kanal.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
“Yunanıstan hər dəfə bəzi təşəbbüslərlə, o cümlədən beynəlxalq təlimlərlə Türkiyəyə qarşı addımlar atır. Biz buna heç vaxt icazə verməyəcəyik”, - milli müdafiə naziri vurğulayıb.
Qeyd edək ki, Türkiyə Yunanıstanda keçirilməsi planlaşdırılan NATO-nun “Tiger Meet” (“Pələnglə görüş” – red.) təlimlərinə qatılmaqdan imtina edib. Buna səbəb təlimin icrası üçün hazırlanan sənəddə Türkiyəni hədəf alan məsələlərin olmasıdır.
- Dünya
- 02 May 2022