
Akar Türkiyənin İraqdakı əməliyyatından danışdı
Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pəncə-Qıfıl” antiterror əməliyyatı uğurla davam edir.
Kanal.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, bu ana qədər 61 terrorçu zərərsizləşdirilib:
“Terrorçulara məxsus 82 mağara və sığınacaq dağıdılıb, 413 ədəd əldəqayırma partlayıcı məhv edilib”.
- Dünya
- 02 May 2022