1Xbet
1Xbet
“Aİ-92” və dizelin yanacağın qiyməti bahalaşır? -  Ətraflı
Maraqlı
06.06.2021 14:46
627

“Aİ-92” və dizelin yanacağın qiyməti bahalaşır? - Ətraflı

Loading...

"Aİ-92" markalı benzinin və dizel yanacağının qiyməti dövlət tərəfindən tənzimlənir.

Kanal.az xəbər verir ki, bu barədə oxu.az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlama verib.

O vurğulayıb ki, bu yanacaq növləri Azərbaycanda istehsal edildiyindən onların qiymətinin artması və ya dəyişməsi birbaşa olaraq dünya bazarlarından asılı deyil.

İbrahim Əhmədov qeyd edib ki, bəzi ölkələrdə dövlət qiymətləri müəyyən çərçivədə "üzməyə" buraxır və bazarın təsirlərinə qarşı açıq qoyur, bəzi ölkələrdə isə Azərbaycanda olduğu kimi, qiymətlər dövlətin müvafiq tənzimləyici qurumları tərəfindən müəyyən edilir:

"Buna görə də ölkə daxilində "Aİ-92" markalı benzinin və dizel yanacağının qiymətinin dövlət tərəfindən hansı səviyyədə müəyyən edilməsi ilə bağlı hər hansı açıqlamanın verilməsində SOCAR bir şirkət olaraq səlahiyyətli deyildir"

benzin qiyməti
yanacaq qiyməti
ai 92
dizel qiymeti
Loading...
close
close