Ağcabədidə qəza: Bir ailənin iki üzvü xəstəxanalıq oldu
Hadisə
25.03.2021 23:30
348

Ağcabədidə qəza: Bir ailənin iki üzvü xəstəxanalıq oldu

Loading...

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1972-ci təvəllüdlü Əliyev Əfqan Musa oğlunun idarə etdiyi nəqliyyat vasitəsi qarşı tərəfdən gələn digər avtomobillə toqquşub.

Yol qəzası nəticəsində Əliyev Əfqan və həyat yoldaşı Əliyevə Rüxsarə Qasım qızı ciddi bədən xəsarətləri alıblar. Hər iki yaralı təcili tibbi yardım avtomobil ilə Bakıya gətiriliblər.

Müayinədən sonra yaralılara sağ budun sınıqları diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Loading...
close
close