62a2527d87788_azerbaycan-futzal

AÇ: mini-futbol millimiz yarımfinalda!

Mini-futbol üzrə milli komandamız Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Kanal.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv 1/4 finalda Slovakiyanı məğlubiyyətə uğradıb - 1:0. Yeganə qolu 42-ci dəqiqədə Elvin Əlizadə vurub. 49-cu dəqiqədə Vüsal İsayev qırmızı vərəqə alsa da, hesabı sonadək qorumaq mümkün olub.

Finala gedən yolda millimizin rəqibi Qazaxıstan seçməsi olacaq.