
ABŞ və Britaniya Rusiya təhlükəsinə qarşı İsveçə təminat verib
“ABŞ və Böyük Britaniya İsveçə NATO-ya üzv olmaq üçün rəsmən müraciət edəndən sonra hərbi alyansa qəbul edilənə qədər təhlükəsizlik təminatı verib”.
Kanal.az xəbər verir ki, İsveçin hakim dairələri NATO-ya üzv olmaq üçün müraciət edəndən sonra suverenliyi üçün təhlükə ola biləcəyindən narahatdır. Xarici KİV-lər yazır ki, ABŞ və Böyük Britaniya NATO-ya üzv olana qədər İsveçə qəti vədlər verib.
Qeyd edək ki, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün qərar verdiyi irəli sürülür. Rusiya isə buna cəhd ediləcəyi təqdirdə nəticələrinin olacağı barədə xəbərdarlıq etmişdi.
- Dünya
- 26 Aprel 2022