ABŞ Kiyevə 700 milyonluq silah göndərir: nələr var?

  • Dünya
  • 01 İyun 2022 11:42
Rusiya ABS ve AI-den gonderilen silahlari "Isgender"le VURDU
  • Oxunub: 102

Bayden administrasiyasının Ukraynaya ayırdığı 700 milyon dollarlıq hərbi yardım paketinin təfərrüatı məlum olub. Bu paketə əvvəlki paketlərdə göndərilənlərdən daha çox uzaqmənzilli raket sistemləri daxildir.

Kanal.az xəbər verir ki, bu barədə “CBS Nyus” administrasiya rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, yardım paketi rəsmi olaraq iyunun 1-də elan ediləcək:

“Rəsmi Kiyevə veriləcək Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri (HIMARS) Ukrayna qüvvələrinə Rusiya hədəflərini daha yüksək dəqiqliklə vurmağa kömək edəcək. Yardım paketinə həmçinin radar sistemləri, daha çox “Javelin” raketləri, tank əleyhinə silahlar, helikopterlər, taktiki maşınlar və müxtəlif növ sursatlar daxildir”.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...