“Düz 84 il əvvəl – 1941-ci il iyunun 22-də, bazar günü Nasist Almaniyası Sovet İttifaqına hücum edərək, Böyük Vətən müharibəsini başlatdı. Bu gün – 2025-ci il iyunun 22-də, yenə də bazar günü, ABŞ İranın əsas nüvə obyektləri – Fordo, Natanz və İsfahana zərbələr endirdi”.
Bunu Ermənistan Respublika Partiyasının şura üzvü Armen Ovasapyan deyib.
“Tarix bəzən elə qurulur ki, günlər rəmzi məna daşımağa başlayır. Bu sadəcə təsadüfdürmü, bəlkə xəbərdarlıq, yoxsa taleyin istehzası?”, – o qeyd edib. /aqreqator.az