ABŞ-ın bu PUA-sı 90 dəqiqəyə Rusiyaya çatacaq
ABŞ-ın “SR-72” hipersəs pilotsuz təyyarəsi Avropa və Asiyanın istənilən bölgəsi və Rusiya üzərində sərbəst uça, kəşfiyyat məlumatları toplaya biləcək.
Kanal.az xəbər verir ki, bu barədə “19FortiFayv” portalı məlumat yayıb.
“Təsəvvür edin ki, Avropa və ya Asiyada böhran var və ABŞ bir saat yarımdan sonra hadisə yerinə kəşfiyyat məlumatı toplayan PUA-sını göndərə biləcək. Təyyarənin sürəti gözləntiləri doğrultsa, “SR-72” ABŞ-dan havaya qalxaraq 90 dəqiqə ərzində Avropa və ya Asiyada hədəflər üzərində uça biləcək”, - portal yazır.
Aparatın 2030-cu illərin əvvəllərinə kimi istifadəyə verilməsi planlaşdırılır. / axar.az
- Dünya
- 15 Fevral 2022