ABŞ Ukraynaya verilmiş HIMARS raket sistemlərinin atəş məsafəsini tənzimləməyəcək.
Kanal.az xəbər verir ki, bu sözləri ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink deyib.
"Söhbət HIMARS sistemləri də daxil olmaqla, dünənki 700 milyon dollarlıq yardım paketindən gedir. Ukrayna atəş açacağı məsafəni özü tənzimləyəcək", - o, Kiyevdə keçirilən brifinqdə bildirib.