Abş

ABŞ-dan açıqlama: Türkiyənin bu addımını alqışlayırıq

Türkiyənin Ukraynanın suverenliyini dəstəkləməsi ABŞ tərəfindən yüksək qiymətləndirilir.

Kanal.az xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfirliyinin sözçüsü Culi Edex deyib.

“Türkiyə kimi NATO müttəfiqi ilə Ukrayna arasında müdafiə sahəsindəki əməkdaşlıq regional sabitliyi və Ukraynanın özünümüdafiə qabiliyyətini gücləndirir. Türkiyə rəsmiləri ilə son təmaslarımızda Rusiya və Ukrayna məsələsini gündəmə gətirdik. Türkiyə NATO-nun dəyərli müttəfiqidir və Ukrayna ilə bağlı son dərəcə sərt bəyanatlara imza atan bir ölkədir. Türkiyənin bu səylərini alqışlayırıq”, - sözçü bildirib.