9 aydan sonra nəşi tapılan şəhidimiz dəfn edildi - YENİLƏNİB + VİDEO
Ölkə
12.07.2021 12:33
277

9 aydan sonra nəşi tapılan şəhidimiz dəfn edildi - YENİLƏNİB + VİDEO

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən və 9 aydan sonra nəşi tapılan şəhidi, kapitan Pənahov Əkbər Bəylər oğlu dəfn olunub.

Kanal.az Oxu.az -a istinadən xəbər verir ki, o, İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. 

Dəfn mərasimində Xətai Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin nümayəndələri və şəhidimizin yaxınları iştirak edib.

Könül Cəfərli

10:34

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən və 9 aydan sonra nəşi tapılan şəhidi, kapitan Pənahov Əkbər Bəylər oğlu ilə vida mərasimi keçirilib. Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş şəhidimizin nəşi Xətai rayonundakı evinə gətirilib.

Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub. Şəhidimiz ailəli olub. İki övladı vətənə yadigar qalıb.


Loading...
Loading...