75-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

75-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Müharibənin 75-ci günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.

kanal.az xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 160 təyyarəsi, 118 helikopteri, 783 PUA-sı, 299 zenit-raket kompleksi, 2949 tank və digər zirehli texnikası, 342 reaktiv yaylım atəş sistemi, 1423 artilleriya və minaatanı, 2769 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.