6 ildən sonra "Ata ocağı" serialının yayımı tamamilə dayanır - Son bölüm çəkildi / FOTO
6 ildir yayımlanan "Ata ocağı" serialı final edir.
Ekran işinin son bölümü lentə alınıb. Bu haqda aktyorlar paylaşım ediblər. Bildirilib ki, son bölüm artıq çəkilib və gələn ay yayımlanacaq.
"Xəzər TV"də efirə gedən ekran işinin sonuncu dəfə 165-ci seriyası yayımlanıb.
Qeyd edək ki, serialda Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Əməkdar artistlər Sənubər İsgəndərli, Kazım Həsənquliyev, Elman Rəfiyev, aktrisa Şəhanə Yusifova, Asya Atakişiyeva və başqaları rol alıblar. / Axsam.az
- Şou biznes
- 11 İyun 2023