63e8e56e7e7e6202302231110

6 gün dağıntılar altında olan gənc belə sağ qalıbmış - İNANILMAZ / FOTO

Türkiyəyə Kahramanmaraş vilayətində baş verən zəlzələlər nəticəsində dağıntılar altında qalan daha bir nəfər xilas edilib
Kanal.az xəbər verir ki, 20 yaşlı Barış adlı gənc 133-cü saatdan sonra Adıyamanda dağıntılar altından xilas edilib. Xilas edilən gənc bildirib ki, zəlzələ verən gecə o “Play Station” oynayırmış. Yanında da kola olub. Barış dağıntı altında olarkən kola içib. Beləliklə o 6 gün boyunca koladan içərək həm su, həm də şəkər ehtiyacını ödəyərək həyatda qalıb.