663fa974018d2202405242300

50-dən çox xəstəliyin dərmanı - daxili xəstəliklər, sinir, yanıqları, dəri xəstəliklərini və... - Ölümsüzlük bitkisi

Aloe bitksini qədim zamanlarda yunanlar "ölməzlik bitkisi" adlandırıblar. Onlar bitkiyə bu adı onun insan orqanizminə verdiyi şəfalara görə təyin ediblər.


Belə ki, aloe bitkisi daxili xəstəliklərlə birlikdə, yanıqları, dəri xəstəliklərini və sinir xəstəliklərini də müalicə edir.


Aloenin tərkibində 200-dən artıq bioloji aktiv maddə var. Bu maddələrin tərkibi vitaminlər, minerallar, fermentlər, aminturşuları, polisaxaridlərlə zəngindir. Sadalanan maddələr isə insan həyatı üçün vacib sayılan maddələrdir.Aloenin tərkibi həm də kalsium, dəmir, sink, xrom, kalium və s. ilə də zəngindir.Bu bitki iltihab əleyhinə təsir göstərir və antibakterial gücə sahibdir.


Aloe immun sistemi möhkəmləndirir, orqanizmi detoksikasiya edir.

Aloenin tərkibində nəinki vitamin və minerallar var, o hətta B12 ilə də zəngindir. Btkinin tərkibində 20-22 əvəzolunmaz amin turşuları vardır ki, bu turşular mədə və bağırsaqlardakı yaraları müalicə edir və qıcqırmanı aradan qaldırır.Aloenin ağız boşluğundakı yaraları da sağaltmaq qabiliyyəti vardır. Bu səbəbdən ağız boşluğunda və mədə bağırsaq sistemində xəstəliklər olan adama aloe şirəsi içmək və ya onu ağız boşluğuna sürtmək məsləhət bilinir.



Aloe əsrlər boyu iltihaba qarşı ən yaxşı vasitələrdən biri kimi tətbiq edilib. Bitkidən müxtəlif formalarda istifadə olunur. Yarpaqlarının əzilərək məlhəm kimi istifadə edilməsi çox faydalıdır.


Aztibb.az xəbər verir ki, aloe dərinin tonusunu və qan dövranını yaxşılaşdırır. Bir sıra xəstəliklər zamanı ondan geniş istifadə olunur.

Araşdırmalar nəticəsində məlum olub ki, onun tərkibində 200-dən artıq bioloji aktiv maddə var.


Bitkinin yarpaqları son dərəcə böyük faydaya malikdir. Onun şirəsi mədə və onikibarmaq bağırsaq xoraları, eroziyalar zamanı müsbət təsir göstərir. Xora və eroziyaların sağalmasını sürətləndirən aloe şirəsinin balla qarışığı həmin xəstəlik zamanı xalq təbabətində ən sınanmış üsullardan biri sayılır.


Aloe bitkisinin aşağı hissəsində yerləşən ən qalın yarpaqlar kəsilib yuyulur, qurudulur, soyuducuda bir həftə və ya bir ay saxlanılır. Həmin müddət ərzində onun tərkibindəki xeyirli maddələr daha da aktivləşir. Yarpaqları xırda hissələrə doğranaraq blenderdən keçirilir, əldə olunan qarışıq tənzifdən süzülür. Qalan hissələri atmaq lazım deyil, onu dəriyə çəkilən maskaların tərkibinə qatmaq olar. Əldə olunan şirə bir qaba tökülərək tərkibinə iki limon sıxılır. Qarışığa 100 qram təmiz bal əlavə edilir. Alınan qarışıq soyuducuda 1 ay saxlanılandan sonra istifadə olunur. Mədə-bağırsaq xəstəlikləri zamanı tətbiq edilməsi xüsusilə yaxşı nəticə verir.

Onunla məhlul hazırlayıb saçların yuyulması tüklərin sağlam və parlaq görünməsinə səbəb olur. 2 qaşıq un götürərək üstünə bir az su tökülür, ona aloe şirəsi əlavə edilib şampunla qarışdırılır. Həmin məhlul saçların tökülməsinin qarşısını alır.

Dəridəki ləkələrin qarşısını almaq üçün də aloedən istifadə edilir. 3 yemək qaşığı su və 5 yemək qaşığı spirtli içki (araq) 100 qram aloe bitkisinin suyu ilə qarışdırılır. Məhlul üzə və boyuna vurulub 10 dəqiqə saxlanıldıqdan sonra ilıq su ilə yuyulur.


Aloe bitkisi ilə detoks təsirli qarışım - RESEPT

Aloe vera adətən evdə bəzək bitkisi kimi yetişdirilir. Amma bu bitki həzm sistemi və başqa xəstəliklərin müalicəsində təbii tibbi vasitə kimi də istidafə olunur. Aloe vera həzmsizlik, reflüks, qəbizlik, mədə qıcıqırması və iltihablanma kimi xəstəliklərdə faydalıdır. Müxtəlif toksinləri və bakteriyaları aradan qaldırır. E-tibb.az-ın verəcəyi bu resept orqanizminizdə detoks təsiri yaradacaq. Hazırlanması isə cəmi 5 dəqiqə vaxtınızı alacaq.


Lazım olan ərzaqlar:

- 1-2 xörək qaşığı saf aloe vera geli
- Yarım xörək qaşığı limon suyu
- Bir ovuc reyhan yarpağı
- 1/4 fincan doğranmış xiyar
- 1 su stəkanı şəkərsiz hind qozu suyu
- 1 su stəkanı su


Hazırlanması:

Bütün ərzaqları blenderlə yumşaq qarışım əldə edənə qədər qarışdırın. Alınan qarışımı bir stəkana süzün. Aloe veradan başqa digər ərzaqların miqdarını ağız dadınıza uyğun olaraq azaldıb-çoxalda bilərsiniz. Bu qarışım vücudunuzda detoks təsiri yaradacaq və daha sağlam həyat tərzi keçirməyinizə kömək olacaq.

Diqqət etməli olduğunuz məqamlar:

- Hər hansı maddəyə qarşı allergiyanız varsa, bu içkini içməyin.

- Aloe veradan hazırlanan qarışımları saxlamaq olmaz. Hazırlanan kimi dərhal içilməlidir. Çünki oksidləşmə baş verir və tibbi faydaları qısa müddətdə azala bilər. Bu qarışımı hazırlayarkən təze aloe vera gelindən istifadə edin.

- Evinizdə aloe vera bitkisi yetişdirirsinizsə, günəş işığını çox alacağı yerə qoyun.


Linkə keçid edinÇəyirdəyini çıxarmaq yanlış imiş: Üzüm tumunun faydaları


 /milli.az/