"40 yaşım var, 1 qr ağlım yoxdur" - VİDEO

  • Şou biznes
  • 01 Noyabr 2025
6905a3afddc32202511250743

Rəqqasə Rəna Ağamuradova (Renka) "Bir gün" verilişinin qonağı olub.

Kanal.az xəbər verir ki, o, bahalı rəqs geyimlərini nümayiş etdirib.

Rəqqasə həmin geyimlərə xərclədiyi məbləği açıqlayıb:

"Mənim pullarım bunlara gedir. 800 dollardan 4 minə kimi xərc çəkdiyim geyimlərim var. Aksesuarlarım da çox bahalıdır. Bu paltarlar dəbdən tez düşür. Eyni geyimi 4 il geyinə bilmirik". 

Renka xarici ölkələrdə fəaliyyət göstərən həmkarlarından özünü üstün bilib:

"Onlardan heç bir əskikliyim yoxdur. Mən daha gözələm. Əsas texnika, yaddaş, musiqi seçimi və sevilməkdir. Məkanlara görə mahnı seçimi edib oynayıram. Rəqqasə üçün plastik əməliyyat da önəmlidir. 2-3 əməliyyatım olub. Zamanı gəldikdə üzümə də əl gəzdirəcəyəm. Yaşımla bağlı kompleksim yoxdur, 40-dır. Yaşımla fəxr edirəm. Daxilimdə isə 25-də ilişib qalmışam. 40 yaşım var, 1 qram ağlım yoxdur".

Oxşar xəbərlər