32 yaşlı müəllim faciəvi şəkildə vəfat etdi - FOTO

  • Gündəm
  • 02 Avqust 2025
688e5e92ec181202508255306

Ötən gün Cəlilabadda QAZ-53 markalı yük avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 2-si isə yaralanıb.

Kanal.az Unikal.az-a istinadən xəbər verir ki, qəzada həyatını itirən 1993-cü il təvəllüdlü Cavid Hüseynov Yardımlı rayonunun Alçabulaq kənd tam orta məktəbinin müəllimi olub.

Mərhum riyaziyyat və informatika fənlərini tədris edirdi. C.Hüseynov özü də həmin kəndin sakini olub.

Ailəli idi, iki övladı var.

Oxşar xəbərlər