644a3a8b3c0b6202304230411

3 yaşından atasını görməyən Rəqsanə: "Atam hakimdir"

Müğənni Rəqsanə İsmayılova atası ilə bağlı maraqlı açıqlamalar edib.

O, "Həmin Zaur" verilişində bildirib ki, 3 yaşından atasını görmür. Müğənni bildirib ki, atası imkanlı şəxsdir:

"Atam pullu adamdır. O, hakim vəzifəsində çalışır, Rusiyada biznesləri var. Onu axtaran zaman dedilər ki, Rəqsanə atasını pula görə axtarır".

Rəqsanə İsmayılova atasını adını açıqlamayıb.