63e2124b4f87f202302235643

24 saat sonra gələn möcüzə - VİDEO

Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan 14 yaşlı uşaq xilas edilib.

Kanal.az xəbər verir ki, Can adlı uşaq dağıntılar altından 24 saat sonra sağ xilas edilib. Xəsarətlər alan uşağın həyatı üçün təhlükə yoxdur. Onun xilas edilməsi bir neçə saat davam edib. CNN türk televiziyasının əməkdaşı Fulya Öztürk xilasetmə əməliyyatını anbaan lentə alıb.

Qeyd edək ki, dağıntılar altında qalan uşağın yerini ilk olaraq Fulya Öztürk müəyyən edib. Fulya ərazidə reportaj hazırlayarkən pərdənin tərpəndiyini müşahidə edib. Müxbir əraziyə yaxınlaşanda dağıntılar altında uşağın olduğunu müşahidə edərək, xilasedicilərə çağırış edib. Həmin vaxta qədər ərazidə xilasedicilər olmayıb.