65e6156996ce1202403243937

2024-cü ilin qeyri-iş günləri - Foto

2024-cü il üçün iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. İş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. Bu il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1 901 saattir. Altıgünlük iş həftəsi tətbiq edilərkən, həftəlik norma 40 saat olduqda, gündəlik iş vaxtının müddəti 7 saatdan və səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2024-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1,901 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.