Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Kanal.AZ xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:
'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin, anam. 20 il yataq xəstəsi olsan da bizim üçün böyük bir dağ idin. 61 yaşın mübarək, ruhun şad olsun Sidiqə anam" sözlərini yazıb.