turkiye xin

Türkiyədən SƏRT BƏYANAT: "Bu anti-islam zehniyyətinin yeni göstəricisidir"

Almaniyada müsəlman qəbiristanlığına hücum edənlər tapılmalı və məsuliyyətə cəlb edilməlidir.

Kanal.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, yeni il gecəsi İzerlon şəhərində baş verən hücum son vaxtlar xüsusilə Avropada artmaqda olan və hətta müsəlman qəbiristanlıqlarını belə hədəfə alan xəstə anti-islam zehniyyətinin yeni göstəricisidir.

"Ümid edirik ki, bu fəlakətli hücumun günahkarları müəyyən edilərək ədalət qarşısında cavab verəcək və layiq olduqları cəzanı alacaqlar. İstərdik ki, belə halların baş verməməsi üçün lazımi tədbirlər görülsün", - deyə açıqlamada deyilir.