Abş-ın Virciniya ştatında yaşayan rep musiqiçisi Reylu Hunço əlinə aldığı silahla ehtiyatsız davranaraq yanlışlıqla özünü vurub.Hadisə repçinin "İnstagram" səhifəsinin canlı yayımında baş verib. Silahı başına yaxınlaşdıraraq izləyicilerinə göstərmək istəyən yeniyetmə repçi, ani olaraq odlanan güllənin təsirindən yerə yıxılıb və oradaca keçinib. Rep musiqiçisinin özünü yanlışlıqla vurduğu anlar isə canlı yayımda qeydə alınıb. İctimaiyyətə məlumat verən polis idarəsi Reylu Hunço adlı rep musiqiçisinin özünü yanlışlıqla vurduğunu təsdiqləyib.
Mənbə: sondakika.com