16 Yaşlı Qızı Blokda Zorladı - Dəhşətli Anlar Kameraya Düşdü
Kanal.az TV
28.02.2021 21:01
11254

16 Yaşlı Qızı Blokda Zorladı - Dəhşətli Anlar Kameraya Düşdü

Loading...

Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Ramil Alıyev (cinayət işində adı keçən həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ad və soyadları şərti göstərilib – H.Z.) 16 yaşlı Samirə Əliyevaya təcavüz edib. 

Kanal.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində qeydə alınıb. Hadisə baş verən gün Ramil Alıyev həmin prospektdə Samirənin 80 saylı evin 7-ci blokuna girdiyini görüb. O, yetkinlik yaşına çatmayan qızla zorla cinsi əlaqədə olmaq məqsədilə onun arxasınca gedib.

Blokda zorlamağa cəhd

Həmin blokun birinci mərtəbəsindən ikinci mərtəbəyə qalxan pilləkənlərdə Samirəni haqlayan Ramil Alıyev onunla cinsi əlaqədə olmaq istəyib. Bu zaman Samirə ona müqavimət göstərib.

Buna görə də Ramil Alıyev yetkinlik yaşına çatmayan qıza bir neçə zərbə vurub, yerə yıxaraq onunla cinsi əlaqədə olmaq istəyib. Lakin səs-küyə qonşular bloka çıxıb.

Bu səbəbdən Ramil Alıyev cinayət əməlini başa çatdıra bilməyib və hadisə yerindən qaçıb. Baş vermiş hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinə müraciət edilib.

Müraciət əsasında Ramil Alıyevin yeri müəyyən olunub və o həbs edilib. Ramil Alıyev Cinayət Məcəlləsinin 29, 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlamağa cəhd) maddələri ilə ittiham edilib.

“Təqsirləndirilən şəxsi tanımamışam”

Ramil Alıyevin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əlövsət Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Əliyeva bildirib ki, həmin ünvanda anası, qardaşı və babası ilə birlikdə yaşayır: “Öz evmizdən bir qədər aralıda yerləşən 214 saylı orta məktəbin 7-ci sinfində oxuyuram. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışam və hadisə vaxtı onu ilk dəfə görmüşəm”.

“Qışqıraraq kömək çağırmağa başladım”

Samirə Əliyevanın sözlərinə görə, hadisə 24 sentyabr 2013-cü il tarixdə, günorta vaxtı olub: “Həmin gün saat 14 radələrində sinif yoldaşlarım ilə birlikdə dərsdən çıxdım və öz binamızın tininə kimi qonşu binada yaşayan rəfiqəm ilə birlikdə gəldik. Sonra öz binamızın qarşısı ilə gedərək yaşadığım binanın yeddinci blokuna girdim. Bloka girdikdən sonra pilləkənlərlə yuxarı qalxmağa başladım. Birinci mərtəbə ilə ikinci mərtəbə arasında olan meydançadan yuxarı qalxmaq istəyərkən, arxadan ayaq səslərini eşitdim. Bu zaman kənara çəkildim ki, həmin adam keçsin. Onun hündürboylu cavan kişi olduğunu gördüm.

Həmin adam, yəni sonradan adını bildiyim Ramil mənə çatan kimi qarşıma keçdi. Sağ biləyimdən yapışdı və o biri əli ilə ağzımı tutdu. O, daha sonra məni kürəyim üstə pilləkənlərin üstünə yıxdı. Ramil mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi. Bu zaman bərkdən qışqıraraq köməyə adam çağırmağa başladım”.

Samirə Əliyeva qeyd edib ki, həmin vaxt Ramil onun ayaqlarından tutmaq istəyib, o isə ayaqları ilə onun qarnına bir neçə dəfə vurub və qışqırmağa davam edub: “Bu zaman birinci mərtəbədə yaşayan Sevda (ad şərti verilib) səsimi eşidərək, qapını açdı. Ramil də qapının açıldığını eşidərək qaçdı”.

Zərərçəkmiş şəxs daha sonra bildirib ki, hadisə zamanı onun üzərində qızıl zinət əşyası və əlində mobil telefon olmayıb. Onun sözlərimə görə, çantasında yalnız məktəb ləvazimatları olub.

“Səsə bloka çıxdım”

İş üzrə şahid qismində ifadə verən K. C. bildirib ki, hadisə günü, yəni sentyabrın 24-də, saat 14 radələrində yaşadığı evdə olarkən “kömək eləyin” deyən qız uşağının qışqırıq səsini eşidib: “Əvvəlcə həmin səsin qonşular tərəfdə olmasını zənn etdim. Lakin həmin səsi təkrar eşitdim və səsin blokdan gəldiyini başa düşdüm. Buna görə də yaşadığım mənzilin giriş qapısını açmağa başladım. Bu zaman ayaq səslərini eşitdim. Lakin həmin vaxt həyəcanlı olduğum və qapını bir qədər ləng açdığıma görə, blokdan kimin çıxıb getməsini görməmişəm. Qonşumuz Samirənin birinci və ikinci mərtəbələr arasında pilləkən meydançasında ayaq üstə ağladığını, lakin həyəcandan danışa bilmədiyini gördüm. Dərhal onun yanına qalxdım. Onun qolundan tutaraq sakitləşdirməyə çalışdım. Bu zaman orada olan meydançadan bir qədər kənarda yerdə məktəbli çantasının olduğunu gördüm. Səsə çıxmış digər qapı qonşumuzla birlikdə Samirəyə yardım edərək, onu evə apardıq. Evdə Samirəni sakitləşdirdik və nə baş verdiyini soruşduq. Samirə dərsdən gələrkən bir nəfər cavan kişinin onun arxasınca düşdüyünü, blokda pilləkən meydançasında qəflətən ona hücum etdiyini bildirdi. Lakin səs-küy olduğu üçün qaçdığını dedi”.

Məhkəmənin hökmü ilə Ramil Alıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

qız zorlanması
cinayət işi
mingəçevirdə hadisə
azyaşlı qız
zorlanma video
azəri qız
qız şəkilləri
Loading...
close
close